Tacikistanla Qırğızıstan arasında əsl müharibə gedir

32 dəfə oxunub
Tacikistanla Qırğızıstan arasında əsl müharibə gedir

Tacikistan-Qırğızıstan sərhədində vəziyyət kəskinləşməkdə davam edir.

Virtualaz.org-un əməkdaşının verdiyi məlumata əsasən, Aksay kəndindən Vorux kəndinə gedən yol bağlanıb.

Eyni zamanda, tacik tərəfi də Caka Oruk – İsfana aulundan İsfarinka çayı üzərindən keçən yolu bağlayıb.

Son məlumata görə, Qırğızıstan-Tacikistan sərhədində atışma yenidən bərpa olunub, Tacikistan tərəfdən bir neçə dəfə atəş açılıb.

Bildirilir ki, bir qırğız sərhədçisi yaralanıb, onu sərhəd zastavasına aparıblar.

Məlumatda o da qeyd olunur ki, atəş səsləri eşidilərkən hökumətin Batken bölgəsindəki səlahiyyətli nümayəndəsi Əkrəm Madumarov yerli əhali ilə görüş keçirirmiş.

Tacik-Qirgiz

***

Tacikistan və Qırğızıstan arasında situasiya daha da gərginləşib və proses açıq hərbi qarşıdurma mərhələsinə keçib.

Haqqin.az-ın məlumatına görə, münaqişə iyulun 22-də, gecə saatlarında baş verib.

Münaqişənin əsas səbəbi Tacikistanın Vorux kənd sakinlərinin kəndin çıxışına bayraq dirəyi asması olub. Ak-Say kənd sakinləri buna kəskin şəkildə eitraz eidblər.

Qonşu yaşayış məntəqələrinin nümayəndələri arasında söz atışması həqiqi atışmaya çevrilib və tərəflərdən biri silah işlədib.

Hər iki kəndin əhalisi tüfənglərlə bir-birlərinə atəş açıblar.

Hazırkı ana qədər qırğız tərəfdən 15 yaralının olduğu bildirilir. Tacikistan isə öz növbəsidə bir vətəndaşının həlak olduğunu bəyan edib.

Eyni zamanda rəsmi Düşənbə Qırğızıstanın Batken vilayətinin Leylək rayonuna gedən İsfana-Batken yolunu bağlayıb. Hazırda buradan əhali evakuasiya olunur.

Batkent rayonunun Ak-Say sərhəd kəndnindən 315 nəfər təhlükəsiz əraziyə köçürülüb. Məktəblərdə müvəqqəti yaşayış düşərgələri təşkil edilib. Burada 260 nəfərin qalması üçün şərait yaradılıb. Qalan 55 insan isə həmin rayonda yaşayan ailələrin himayəsinə verilib. Evakuasiya edilənlərin əksəriyyəti qadınlar və uşaqlardır. Qırmızı Aypara Cəmiyyəti müvəqqəti köçkünləri, çadır, su, qidalarla təmin edib və zərərçəkənlərə humanitar yardım göstərir.

Yerli səhiyyə işçiləri xəstəxanaya 15 nəfərin gətirlidiyini söyləyirlər. Onların 12-i odlu silahdan açılan atəşlə yaralanıb.

Yaralananlar arasında milis və sərhəd xidmətinin əməkdaşları da var.



Redaktorun seçimi