Həbibi bu döyüşçülər əvəzləyəcək - Atası açıqladı

Hit: 278
Həbibi bu döyüşçülər əvəzləyəcək - Atası açıqladı

Qarışıq üslublu döyüşçü (MMA) Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov oğlunu idmanda əvəz edə biləcək döyüşçülərin adlarını açıqlayıb.

Bu barədə Lenta.ru xəbər verir.  

Onun sözlərinə görə, Rəşid Vaqabov və Usman Nurməhəmmədov Həbibi əvəzləyə bilərlər:

“Rəşid və Usman öz yaşlarında ən yaxşı döyüşçülərdir. Onlar bizim gələcəyimizdir”.

Qeyd edək ki, U.Nurməhəmmədov Həbibin əmisi oğludur. O, keçirdiyi beş döyüşün hamısında qələbə qazanıb. R.Vaqabov isə hərbi sambo üzrə Rusiya çempionudur. Peşəkar MMA-da onun hesabında iki qələbə var.

oxu.az









Redaktorun seçimi