Keçmiş müavin Ukraynanın Baş naziri ola bilər

Hit: 198
Keçmiş müavin Ukraynanın Baş naziri ola bilər

Vladislav Raşkovan Ukraynanın yeni hökumətində Baş nazir ola bilər.

REN TV xəbər verir ki, bu barədə Svyatoslav Vakarçukun “Səs” partiyasındakı mənbələr bildiriblər.

 

V.Raşkovan Milli Bank sədrinin keçmiş müavini, Ukraynanın Beynəlxalq Valyuta Fondundakı nümayəndəsidir.

Məlumata əsasən, Ukrayna Prezidenti Vladimir Zelenskinin “Xalqın qulluqçusu” partiyası Nazirlər Kabinetində 4-5 əsas vəzifəyə iddia edir.

Xatırladaq ki, iyulun 21-də Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilib. Artıq səslərin 90 faizindən çoxu sayılıb. Hələlik “Xalqın qulluqçusu” partiyası liderdir.

oxu.az









Redaktorun seçimi