Tramp repçinin buraxılması üçün İsveçin Baş nazirinə zəng etdi

Hit: 246
Tramp repçinin buraxılması üçün İsveçin Baş nazirinə zəng etdi

ABŞ Prezidenti Donald Tramp Stokholm şəhərində həbs olunan repçi “ASAP Rocky”nin sərbəst buraxılması üçün İsveçin Baş naziri Stefan Löfvenə zəng edib.

Oxu.Az xəbər verir ki, D.Tramp şəxsi “Twitter” hesabında yazıb:

“Stefan Löfven şəxsən özü repçinin ədalətlə mühakimə olunacağı barədə mənə söz verdi”.

 

Just had a very good call with @SwedishPM Stefan Löfven who assured me that American citizen A$AP Rocky will be treated fairly. Likewise, I assured him that A$AP was not a flight risk and offered to personally vouch for his bail, or an alternative....

 
 
 
 

Qeyd edək ki, “ASAP Rocky” dostları ilə birgə Stokholmda küçədən keçən şəxsləri döyüb.

Şahidlərin sözlərinə görə, hadisə şəhərin məşhur restoranlarından birinin yaxınlığında baş verib.

Dava musiqiçinin tanışları ilə yoldan keçən iki şəxs arasında olub.









Redaktorun seçimi