Berdiməhəmmədovun ölüm xəbəri yayıldı

35 dəfə oxunub
Berdiməhəmmədovun ölüm xəbəri yayıldı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılıb.

Lenta.ru” xəbər verir ki, bu barədə “Qovorit Moskva” Avrasiya Problemləri Monitorinqi Mərkəzinin direktoru Aslan Rubayeva istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Türkmənbaşının ölümü haqqında Aşqabadda çalışan iş adamları məlumat veriblər:

“Bunun dəqiq belə olub-olmadığını soruşanda dedilər ki, xüsusi xidmət orqanlarında işləyən tanış adamlar dövlət başçısının məzuniyyətdə olarkən vəfat etdiyini bildiriblər”.

Q.Berdiməhəmmədov iyulun 15-də məzuniyyətə çıxıb. Bundan əvvəl onun ölüm xəbərini “ElMurid” Telegram-kanalı da yayıb.

Dövlət başçısının böyrək çatışmazlığından öldüyü deyilir.



Redaktorun seçimi