İran yenə silkələndi

Hit: 307
İran yenə silkələndi
İranın qərbində yerləşən Lorestan vilayətinin Sepid Dəşt rayonunun 3 kilometrliyində 4,3 bal gücündə zəlzələ baş verib.
 
Faktor.az Trend-ə istinadən məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.
 
Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:54-də 10 kilometr dərinlikdə qeydə alınıb.
 
İtki haqda məlumat verilməyib.
 
Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.








Redaktorun seçimi