“Danas”a görə Yaponiyada 110 min insan təxliyyə olunur

Hit: 213
“Danas”a görə Yaponiyada 110 min insan təxliyyə olunur

Yaponiyanın cənub-qərbində yağan leysan yağışlarına görə 14 aviareys təxirə salınıb, Hirosoma və Fukuoka prefekturalarında yaşayan 110 mindən artıq insan isə təxliyyə olunur. 

NKH telekanalının məlumataına əsasən, ölkədə mövcud olan beş təhlükə səviyyəsindən 4-cüsü elan olunub.

Telekanal qeyd edir ki, leysan yağışları regiondan keçən “Danas” qasırğası ilə əlaqəli ola bilər.

Kuruma şəhərinin 245 min sakininə də məsləhət görülüb ki, ərazini tərk etsinlər.









Redaktorun seçimi