Merkelin gəlirləri bəlli oldu

Hit: 206
Merkelin gəlirləri bəlli oldu

AFR-nın kansleri Anqela Merkelin aylıq gəlirləri haqqında məlumatlar açıqlanıb.

Bu barədə germania.one Bundestaqın mətbuat xidmətinə istinadla xəbər verir.

Qeyd edilir ki, siyasətçi ayda 19 796,68 avro alır ki, bunun da 17 701,40 avrosu Merkelin rəsmi maaşıdır.

Bu məcmu məbləğin maaşın üstünə artırılan əlavə gəlirlər hesabına alındığı bildirilir. Belə ki, vəzifə üzrə 30,68 avro, həm əlavənin rayon əmsalı, həm də xidməti xərclər üzrə bir min avrodan artıq əlavə ödəniş nəzərdə tutulur.

Bundan başqa, Merkel nümayəndəlik xərclərinin Bundestaqın üzvü olduğu üçün 50%-ni, parlament üzvü kimi isə 25%-ni alır.

Mütəxəssislərin hesablamalarına əsasən,  Merkelin illik gəliri 333 min avro təşkil edir.









Redaktorun seçimi