İngiltərədən İranın "müharibə elanına" CAVAB: "Beynəlxalq müttəfiqlərimizlə..."

Hit: 243
İngiltərədən İranın "müharibə elanına" CAVAB: "Beynəlxalq müttəfiqlərimizlə..."

“İranın İngiltərənin iki neft tankerini saxlaması qəbuledilməzdir”.

Publika.az xəbər verir ki, bunu İngiltərənin Xarici işlər naziri Ceremi Hant deyib.

“Stena Impero” adlı tankerin İran İnqilab Keşikçiləri Korpusu tərəfindən girov götürülməsindən 40 dəqiqə sonra “Mesdar” adlı digər neft tankerinin də saxlanılması haqqında danışan nazir qeyd edib ki, gəmilərdə fərqli ölkə vətəndaşları işləyir: “Lakin hər iki gəmidə İngiltərə vətəndaşı yoxdur. Tehrandakı səfirimiz İran Xarici İşlər Nazirliyi ilə əlaqədədir. Problem həll etməyə çalışır. Biz də beynəlxalq müttəfiqlərimizə əməkdaşlıq edirik. Bu girovgötürmələr qəbuledilməzdir. Dənizlərdə sərbəstliyin təmin edilməsi və bölgədə hər bir gəminin təhlükəsiz şəkildə hərəkət etməsi olduqca əhəmiyyətlidir”.









Redaktorun seçimi