Rusiyadan yeni təklif: “Türkiyə istəsə, “SU-35” də nəql etməyə hazırıq”

Hit: 254
Rusiyadan yeni təklif: “Türkiyə istəsə, “SU-35” də nəql etməyə hazırıq”

ABŞ-nin Türkiyəni “F-35” proqramından çıxarmasından sonra Rusiya yeni təklif irəli sürüb.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Dövlət Korporasiyası “Rostex”in baş direktoru Sergey Çemezov bu barədə açıqlama verib: “Türk məsləkdaşlarımız istəklərini bəyan edərlərsə, “SU-35”in nəqlini gündəmə gətirə bilərik”.

NATO ölkələrinin “Flanker-E” adını verdikləri “SU-35” hərbi təyyarələri “SU-27” reaktiv təyyarələrinin təkmilləşdirilmiş versiyasıdır.

Qeyd edək ki, ABŞ-nin Türkiyəni “F-35” proqramından çıxarmasına səbəb Türkiyənin Rusiyadan “S-400” havadan müdafiə sistemini alması olub.

Cavid Zahidoğlu

Faktor.az

 









Redaktorun seçimi