İran körfəzdə İngiltərənin gəmisini saxlayıb

Hit: 141
İran körfəzdə İngiltərənin gəmisini saxlayıb

İran İnqilab Keşikçiləri Korpusu körfəzdə başqa ölkəyə aid neft tankerini ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası informasiya yayıb.

Xəbərə görə, korpusun əsgərləri Oman körfəzində 12 heyətli gəmini girov götürüb. Gəmi bir milyon barel nefti qaçırmaq bəhanəsilə saxlanılıb.

Qeyd edək ki, İngiltərənin vassallığında olan Cəbəllütariq 4 iyul tarixində Suriyaya qarşı tətbiq olunan sanksiyaları pozmaqda ittiham etdiyi İrana aid “Grace 1” neft tankerini girov götürmüşdü. Bundan hiddətlənən İran İngiltərə üçün nəticələrin ağır olacağını açıqlamışdı.









Redaktorun seçimi