“NeuraLink” şirkətindən yenilik – İnsan beynini kompyuterə birləşdirirlər

Hit: 272
“NeuraLink” şirkətindən yenilik – İnsan beynini kompyuterə birləşdirirlər

“NeuraLink” şirkətinin rəhbəri olan Cənubi Afrikalı iş adamı Elon Musk insan beynini komyuterin interfeyzinə qoşulması haqqında layihə irəli sürüb.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, layihə meymunlar üzərində sınanıb və kompyuterlərin beyin gücü ilə texniki birləşdirilməsi uğurla həyata keçirilib.

Üzərində üç mindən artıq elektrod yerləşdirilən kompyuter-cihaz insan beyninin müəyyən hissəsinə nəzarət edə biləcək. Təbii beynin süni zəka ilə birlikdə çalışması nəticəsində “fövqəlzəka”nın əldə olunacağını söyləyən E.Musk gələcəkdə insan beyni ilə kompyuter texnologiyasının inteqrasiyasını da istisna etməyib.

Cavid Zahidoğlu

Faktor.az

 

 









Redaktorun seçimi