Heyvansevərlər yenə etiraz etdi – İtləri diri-diri yandırırlar - FOTOLAR

Hit: 414
Heyvansevərlər yenə etiraz etdi – İtləri diri-diri yandırırlar - FOTOLAR

Hər il Çində keçirilən it əti festivalı bu dəfə də narazılıqla qarşılanıb.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, cənubi Koreyalı aktivistlər minlərlə itin diri-diri bişirildiyi festivala etiraz ediblər.

Dünyanın dörd tərəfinin ciddi etirazına səbəb olan festival haqqında yerli rəsmilər açıqlama veriblər. Bildirilib ki, heç bir dövlət qurumu təşkilatçılıq etmir və bu iş yerli firmaların dəstəyi ilə həyata keçirilir. Hökumətin açıqlamasını inandırıcı hesab etməyən cənubi Koreyalılar etiraz əlaməti kimi ölü it heykəlləri də nümayiş ediblər.

Çinlilər isə etiraza məhəl qoymadan bişirilən itlərin ətinin dadına baxıblar.

Cavid Zahidoğlu

Faktor.az

 

1
1
1








Redaktorun seçimi