Ağ Evdən Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA: - İmkansız...

122 dəfə oxunub
Ağ Evdən Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA: - İmkansız...

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması F-35 təyyarələrinin alınmasını və F-35 proqramında iştirakını imkansız edir.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Ağ Evdən verilən açıqlamada deyilir.

Ağ Evin mətbuat katibi Stefan Qrişemin sözlərinə görə, S-400-lərlə F-35 qırıcıları barədə kəşfiyyat informasiyasının toplanması üçün istifadə oluna bilər.

Qeyd edilib ki, Rusiya sistemlərinin Türkiyə tərəfindən əldə edilməsi NATO çərçivəsində ölkənin öhdəliklərini pozur.
"Türkiyə 65 ildən çoxdur ki, NATO üzrə etibarlı partnyor və müttəfiqdir, amma S-400-lərin əldə edilməsi öhdəlikləri pozur. Bu, ittifaqla Türkiyənin qarşılıqlı münasibətləri üçün çox zərərli nəticələrə malik olacaq", - yayılmış şərhdə deyilir.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, Ankaraya artıq S-400 elementləri ilə 14 təyyarə gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zenit-raket komplekslərinin quraşdırılması 2020-ci ilin aprelində qurtaracaq.

Qeyd edək ki,Rusiya və Türkiyə arasında 2,5 milyard dollar dəyərində S-400-lərin dörd divizionunun çatdırılması üzrə müqavilə 2017-ci ildə bağlanıb. ABŞ-ın S-400-ləri alması ilə əlaqədar gələn həftə Türkiyəyə qarşı sanksiyaları qəbul edəcəyi gözlənilir.



Redaktorun seçimi