ABŞ Suriyadan çıxmayacağını bəyan etdi

Hit: 182
ABŞ Suriyadan çıxmayacağını bəyan etdi
Birləşmiş Ştatların Müdafiə naziri vəzifəsinə namizəd Mark Esper bildirib ki, ABŞ qoşunları Suriyada qalmağa davam edəcək.
 
“RİA Novosti”nin məlumatına əsasən, İŞİD terror təşkilatına qarşı əməliyyatın iştirakçıları qismində ABŞ hərbçilərinin Suriyanın şimal-şərqində qalacağı qeyd edilir.

“Əməliyyatın təhlükəsizliyinin təmini məqsədilə hərbçilərin sayını və ya onların orada qalacağı müddət barədə danışmayacağam”, - M.Esper Konqresdəki çıxışında deyib.

Xatırladaq ki, ABŞ və müttəfiqləri 2014-cü ildən Suriya və İraqda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirir.

 









Redaktorun seçimi