Aİ Komissiyasında ilk qadın prezident

Hit: 256
Aİ Komissiyasında ilk qadın prezident

Avropa İttifaqı (Aİ) Komissiyasının yeni prezidentinin kimliyi bəlli olub.

TASS xəbər verir ki, bu gün Avropa Parlamentində baş tutan səsvermədə Almaniyanın Müdafiə naziri Ursula von der Leyen qalib gəlib.

O, 383 üzvün səsini yığaraq Komissiyanın ilk qadın prezidenti olub.

Ursula von der Leyen vəzifəsinin icrasına noyabrın birindən başlayacaq. Belə ki, hazırkı Prezident Jan-Klod Yunker oktyabrın 31-də vəzifədən gedəcək.

Maraqlıdır ki, yeni prezident qurumun ilk qadın başçısı olmaqla yanaşı, Almaniyada da ilk qadın Müdafiə naziri kimi tarixə keçib.









Redaktorun seçimi