ABŞ-dan sığınacaq istəyənlərə yeni qadağa tətbiq edilir

Hit: 259
ABŞ-dan sığınacaq istəyənlərə yeni qadağa tətbiq edilir

Quru yolla ABŞ-a üçüncü ölkə vasitəsilə gələnlər ilk öncə həmin ölkədə sığınacaq üçün müraciət etməlidirlər.

Bu, Tramp administrasiyasının Amerikanın cənub sərhədlərində sığınacaq istəyənlərə tətbiq etdiyi yeni qadağada öz əksini tapır.

Meksika Tramp administrasiyasının bu ölçüsünə etirazını bildirib.

Bu ölçü əsasən Meksikada toplaşmış mühacirlərə təsir göstərəcək.

Faktor.az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ Dövlət Deraptamenti bildirir ki, qadağa Amerikaya quru yolla keçənlərə şamil ediləcək. Belə ki, onlar ABŞ-a çatmazdan öncə digər bir ölkədə sığınacaq istəyə bilərdi.

Meksika Tramp administrasiyasının bu ölçüsünə etirazını bildirib.

Meksikanın xaici işlər naziri Marçelo Ebrard deyib ki, ölkəsi Konqresin təsdiqi olmadan nə ikitərəfli, nə də çoxtərəfli üçüncü ölkə məsələsini müzakirə edəcək.

Nazir bildirib ki, Meksika ABŞ-ın qəbul etmədiyi qaçqınlar üçün dampinq məkanı olmayacaq. Lakin o əlavə edib ki, bu insanlar həyati təhlükələri olan zonalara göndərilməyəcək.

Yeni qadağa hüquqi problemlərə səbəb ola bilər.









Redaktorun seçimi