Müəllim 26 yaşlı qızını vəhşicəsinə öldürdü - DƏHŞƏTLİ CİNAYƏT

Hit: 208
Müəllim 26 yaşlı qızını vəhşicəsinə öldürdü - DƏHŞƏTLİ CİNAYƏT

Türkiyədə baş verən dəhşətli cinayət bütün ölkəni silkələyib.

Faktor.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Kilis rayonunda qeydə alınıb.

Orada yaşayan və müəllim işləyən Mehmet Kurtoğlu 26 yaşlı qızı Çiğdem Kurtoğlunu vəhşicəsinə döyüb və boğaraq öldürüb.

Qaziantepdə yaşayan qadın atasıgilə qonaq gedib. Orada naməlum səbəblərdən ata ilə qızı dalaşmağa başlayıb.

Əsəblərinə hakim ola bilməyən müəllim qızını döyməyə başlayıb. O, qızı vəhşicəsinə döydükdən sonra onu boğub.

Qadının öldüyünü görən kişi polisə zəng vurub. Polis və həkimlər gəldikdə qadının öldüyünü görüblər.

Polislər qızını öldürən müəllimi həbs ediblər. Hadisə qısa müddətdə Türkiyə mətbuatının və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.

Məktəb müəlliminin ərdə olan qızına qarşı belə zorakılıq etməsi böyük etirazlara səbəb olub. 









Redaktorun seçimi