Gürcüstanda DİN əməkdaşı saxlanıldı

Hit: 204
Gürcüstanda DİN əməkdaşı saxlanıldı

Tbilisidə iyunun 20 və 21-də baş verən hadisələrlə əlaqədar olaraq, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) bir əməkdaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı ayrı-ayrı iştirakçılara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verib. Polis əməkdaşı inzibati qayda pozuntusuna görə saxlanılan aksiya iştirakçısına qarşı fiziki zorakılıq tətbiq edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.









Redaktorun seçimi