Putinlə Lukaşenkonun qeyri-formal görüşü olacaq

Hit: 199
Putinlə Lukaşenkonun qeyri-formal görüşü olacaq

Rusiya və Belarus Prezidentləri 17 iyulda qeyri-formal görüş keçirəcəklər. Bu barədə Prezident Aleksandr Lukaşenkonun Mətbuat xidmətindən bildirilib.

Belarus dövlət başçısı 17-18 iyul tarixlərində Rusiyaya işgüzar səfər edəcək. 

Putin və Lukaşenko 18 iyulda Sankt-Peterburq şəhərində baş tutacaq Belarus və Rusiyanın VI Regional Forumunda plenar iclasda çıxış edəcək və rəsmi danışıqlar keçirəcəklər. Daha sonra qeyri-formal görüş də olacaq. 

Danışıqların əsas mövzusu Moskva ilə Minskin ticari-iqtisadi əməkdaşlığı olacaq.









Redaktorun seçimi