Sarqsyanın qudası barədə həbs qərarı

19 dəfə oxunub
Sarqsyanın qudası barədə həbs qərarı

Yerevan məhkəməsi “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin rəhbəri vəzifəsindən azad edilmiş Ara Minasyanın şərti azadlıqdan məhrum olunması barədə qərar qəbul edib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qudası olan A.Minasyan rəhbərlik etdiyi xəstəxana ilə bağlı bir sıra pozuntuların aşkar edilməsindən sonra 2018-ci il iyulun 27-də tutduğu vəzifədən azad edilib. Ötən ilin noyabrında isə istintaqdan gizlənməsi nəzərə alınaraq, barəsində axtarış elan edilib.

 

Bu gün istintaq orqanı A.Minasyanın həbsi üçün ərizə ilə məhkəməyə müraciət edib. Müraciət təmin edilib.

Xatırladaq ki, tibb mərkəzindəki yoxlamalara ötən il iyunun 21-də başlanıb. Nəticədə çoxsaylı pozuntular aşkar edilib. Belə ki, dövlət sifarişləri zamanı sənədlərin saxtalaşdırılması yolu ilə qondarma “xəstələr”in müalicəsinə dövlət büdcəsindən vəsait sərf edilib. Məsələ ilə bağlı cinayət işi açılıb.

A.Minasyana qarşı digər ittihamlar da irəli sürülüb.

oxu.az



Redaktorun seçimi