NATO-dan açıqlama: “S-400 aldıqları üçün narahatıq”

65 dəfə oxunub
NATO-dan açıqlama: “S-400 aldıqları üçün narahatıq”

Türkiyənin Rusiyadan aldığı “S-400” zenit raket komplekslərinin Ankaraya gətirilməsindən sonra NATO-dan “narahatıq” açıqlaması gəlib.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın orta Şərq üzrə mütəxəssisi Nick Heras Türkiyənin “S-400” raket komplekslərini almasını hava müdafiəsi strategiyası baxımından “oyun dəyişdirən” bir addım olaraq şərh edib.

O, Fransız xəbər agentliyi AFP-yə bildirib ki, Ərdoğan Türkiyəni “Avrasiya gücü” olaraq qələmə vermək istəyir: “Buna görə də Türkiyə ABŞ və NATO ilə münasibətlərinə diqqət yetirdiyi kimi Çin və Rusiya ilə əlaqələrinə nəzər salmalıdır”.

Cavid Zahidoğlu

 



Redaktorun seçimi