Adnan Oktara İNANILMAZ həbs müddəti - 870.5 il

2682 dəfə oxunub
Adnan Oktara İNANILMAZ həbs müddəti - 870.5 il

Keçmiş ilahiyyatçı-yazıçı Adnan Oktar və dəstəsinin istintaqı başa çatıb.

Faktor.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğundan A.Oktara 870,5 il həbs cəzası tələb edilib.

4 min səhifəlik iddianamədə 215 nəfər şübhəli, 11 nəfər şikayətçi-şübhəli, 26 nəfər zərərçəkən və 98 nəfər şübhəli şəxsin adı qeyd edilib. Əsas şübhəli isə Adnan Oktar göstərilib.

 870,5 il həbs cəzası ilə nəticələnən cinayətlərin siyahısında “qəsdən adam öldürməyə təşəbbüs”(40 il), “silahlı terror təşkilatına üzv olmamaqla təşkilata yardım etmə” (31 il), “şəxsi söhbətlərin dinlənməsi və qeyd edilməsi” (15 il) , “cinsi istismar” (78 İL) kimi cinayətlər yer alıb.  

Cavid Zahidoğlu

 



Redaktorun seçimi