Qadınlara ŞAD XƏBƏR: - Bu il ərzində icazə veriləcək

75 dəfə oxunub
Qadınlara ŞAD XƏBƏR: - Bu il ərzində icazə veriləcək

Səudiyyə Ərəbistanında qadınlara təkbaşına xaricə səyahət etmək üçün icazə veriləcək.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” informasiya yayıb.

Xəbərə görə, Səudiyyə Ərəbistanı Krallığı bu il ərzində qadınlara bir kişinin icazəsi olmadan xaricə səyahət etmək imkanı tanıyacaq.

“Okaz” qəzetinin məlumatına görə, sözügedən icazə 18 yaşdan yuxarı qadınlar və 21 yaşdan aşağı kişilər üçün keçərli olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 21 yaşdan aşağı qadınlar və kişilər yaxın kişi qohumunun icazəsi olmadan ölkədən kənara çıxa bilmir.

Ölkədəki qanunlara görə, qadınlar evlilik, boşanma və ya pasport məsələlərində yaxın kişi qohumunun icazəsini almaq məcburiyyətindədir.

Xatırladaq ki, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın “Yumşaq İslam” siyasətinin parçası olaraq qadınlara bir çox məsələlərdə sərbəstlik verilir. Ötən il bu çərçivədə qadınlara sürücülük vəsiqəsi və avtomobil idarə etmək icazəsi verilib.



Redaktorun seçimi