SON DƏQİQƏ: Türkiyə üçün tarixi gün - S-400-lər gəldi /İLK GÖRÜNTÜLƏR - VİDEO

145 dəfə oxunub
SON DƏQİQƏ: Türkiyə üçün tarixi gün - S-400-lər gəldi /İLK GÖRÜNTÜLƏR - VİDEO

Türkiyə Müdafiə Sənayesi Nazirliyi S-400 zenit raket kompleksi ilə bağlı açıqlama yayıb.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, açıqlamada deyilir:

“Uzaqmənzilli bölgə hava və raket müdafiə sistemi layihəsi çərçivəsində nazirlik ilə “Rosoboronexport” arasında imzalanmış anlaşmaya əsasən, S-400 sisteminin tədarükünün ilk mərhələsi bu gün başlayıb. Sistemə aid hissələrin çatıdırılması növbəti günlərdə davam edəcək. Sistem tamamilə hazır olandan sonra aidiyyəti məqamların müəyyən edəcəyi şəkildə istifadəyə veriləcək”.

***

12:03

Rusiyadan alınan S-400 zenit raket kompleksinin Türkiyəyə tədarükü başlayıb.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyi açıqlayıb.

Açıqlamada sistemin ilk qrup parçalarının Ankarada yerləşən Mürtəd Hava Meydanına yerləşdirilməsinə bu gün başlandığı bildirilib.

S-400 zenit raket kompleksinin xüsusiyyətləri:

İstehsalçı: Almaz-Antey silah şirkəti

İstifadədə olan yerlər: Moskva, Suriya, Kalininqrad, Krım

İstifadəyə verilmə tarixi: 2007

Mənzili: 400 km

Sürəti: saniyədə 4,8 km

Paralel zamanda müşahidə: 80 hədəf

Hədəf növü: təyyarə, kəşfiyyat raketi, orta mənzilli raketlər, pilotsuz uçuş aparatı və digər havadan müşahidə sistemləri



Redaktorun seçimi