Moskvada dəhşətli partlayış - 12 YARALI - VİDEO

310 dəfə oxunub
Moskvada dəhşətli partlayış - 12 YARALI - VİDEO

Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Mtişi şəhərində İstilik Elektrik Stansiyasında partlayış baş verib.

BAKU.WS "Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb.

Yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürən avtomobil cəlb edilib. Lakin, istilik həddindən artıq çox olduğu üçün qurudan müdaxilə etmək mümkün deyil.

Hazırda yanğınsöndürən helikopterlər yanğına havadan müdaxilə edir.  



Redaktorun seçimi