Britaniya İrana qarşı bəhanə axtarır – Zərif

63 dəfə oxunub
Britaniya İrana qarşı bəhanə axtarır – Zərif

Britaniya SEPAH-a ittihamlar səsləndirərək, İranla münasibətləri gərginləşdirmək istəyir.

Faktor.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Britaniyanın İrana qarşı ittihamları əsassızdır. Onlar belə bəyanatları münasibətləri gərginləşdirmək üçün verirlər”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Britaniya İran hərbi gəmilərinin onun neft tankerini ələ keçirmək istəməsi haqqında məlumat yayıb.

SEPAH bu ittihamları rədd edib. (axar.az)



Redaktorun seçimi