ABŞ əsgərləri döyüşmək istəmir

102 dəfə oxunub
ABŞ əsgərləri döyüşmək istəmir

Amerika əsgərlərinin böyük əksəriyyəti ABŞ-ın İraq və Əfqanıstandakı hərbi fəaliyyətini lazımsız hesab edir.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, “Pew” Araşdırma Mərkəzi apardığı gündəlik araşdırma nəticəsində bu qənaətə gəlib.

Araşdırmaya əsasən, sabiq amerikalı əsgərlərin 64 %-i maliyyə baxımından ABŞ-ın girdiyi müharibələrin lazımsız olduğunu bildirir. 33 %-i isə müharibələrin lazımlı olduğunu düşünür.

İctimaiyyətin də rəyinə yer verilən anket sorğusunda bənzər nəticə əldə olunub. Xalqın 62 %-i İraq, 59 %-i isə Əfqanıstan müharibəsinin lazımsız olduğunu düşünür.

Hər iki müharibəyə qatılan əsgərlər qatılmayanlara nisbətən daha qətiyyətli şəkildə müharibəyə qarşı çıxıb. Respublikaçılar Partiyasını dəstəkləyən əsgərlər Demokratlara nisbətən daha çox müharibə tərəfdarıdır.



Redaktorun seçimi