İran hərbi gəmiləri İngiltərə tankerinə HÜCUM ETDİ

177 dəfə oxunub
İran hərbi gəmiləri İngiltərə tankerinə HÜCUM ETDİ

İranın beş hərbi kateri Britaniyanın “British Heritage” xam neft tankerini Fars körfəzində ələ keçirməyə cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.

CNN məlumat verib ki, İran tərəfindən gələn kiçik döyüş gəmiləri tankeri İran sahillərinə doğru çəkməyə çalışıb. İngiltərə Kral Donanmasına aid “HMS Montrose" döyüş gəmisi silahlarını bu gəmilərə çevirərək sözlə xəbərdarlıq edib. Yalnız bundan sonra insidentin qarşısı alınıb.

İngiltərə Müdafiə Nazirliyi hadisəni təsdiqləyib.



Redaktorun seçimi