Putin İnquşetiyanın yeni rəhbərini təyin edib

Hit: 337
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin İnquşetiyanın rəhbəri Yunusbek Yevkurov ilə görüşüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Y.Yevkurov ilə görüşdə ona təşəkkür edib və istefasını qəbul edib.

Daha sonra Vladimir Putin Mahmud-Əli Kalimatovu İnquşetiyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib.









Redaktorun seçimi