Rusiya da təsdiqlədi: - ABŞ-ın vurulan təyyarəsi İranın hava məkanında olub

Hit: 376
Rusiya da təsdiqlədi: - ABŞ-ın vurulan təyyarəsi İranın hava məkanında olub

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-a məxsus pilotsuz uçan aparatın (PUA) vurulan zaman İranın hava məkanında olduğunu açıqlayıb.

Faktor.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Patruşev ABŞ-Rusya-İsrail üçlü təhlükəsizlik sammitində iştirak etmək üçün Qüdsə gəlib. O, jurnalistlərə verdiyi açıqlamada Vaşinqtonun əksinə, İran tərəfindən vurulan PUA-nın İran hava məkanında olduğunu bildirib: "Rusiya Müdafiə Nazirliyindən aldığım məlumata görə, ABŞ-a məxsus PUA İran hava məkanında olub".

Xatırladaq ki, iyunun 20-si İslam İnqilabı Keşikçilər Korpusu bəyan edib ki, İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurub. Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib. Pilotsuz aparat İranın hava məkanını pozduğu üçün vurulub.

Tehran dronu İranın hava məkanını pozarkən vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.

İnsidentdən bir həftə əvvəl isə Oman körfəzində Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri aydın olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb.








Redaktorun seçimi