ABŞ İranla “körpüləri yandırır” – Rusiya

52 dəfə oxunub
ABŞ İranla “körpüləri yandırır” – Rusiya

Belə təəssürat yaranır ki, Vaşinqton dialoq əvəzinə İranla “körpüləri yandırır”.

Faktor.az xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya departamentindən bildirilib.

“PUA ilə bağlı sensasion insidentdən sonra ABŞ İranın Ali dini lideri Əli Xamenei və bir sıra yüksəkçinli hərbçilərə qarşı sanksiyaların tətbiqinə başlanıldığını elan etdi. Belə təəssürat yaranır ki, İranla dialoqa sadiq qalmaqla bağlı bəyanatların fonunda ABŞ “körpüləri yandırır”. Özünü dünyanın taleyinin ali hakimi görən və daha aqressiv siyasət aparan Vaşinqton ABŞ-ın diktəsinə tabe olmaq istəməyənləri “cəzalandırmaq” üçün tələsir”, - nazirlikdən bildirilib.



Redaktorun seçimi