Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkilir: bu dəfə baş rolda

48 dəfə oxunub
Azərbaycanlı aktrisa Türkiyədə filmə çəkilir: bu dəfə baş rolda

Uzun müddətdir Türkiyəyə köçüb, orada aktrisalıq fəaliyyətini uğurla davam etdirən Könül Nağıyeva türk ulduz Kaan Urqancıoğlu ilə “Gerçek olamaz” adlı yeni filmdə tərəf müqabili olacaq.

Oxu.Az xəbər verir ki, sonuncu dəfə “Diriliş Ərtoğrul” serialında cəsur döyüşçü qadın obrazı ilə diqqət çəkən cazibədar aktrisa bu dəfə dramatik sevgi hekayəsində baş rolda çəkiləcək.

Ekran işinin rejissoru Korhan Uğur və K.Nağıyevadır. Dram janrında lentə alınan filmin təqdimat mərasiminin bu ilin dekabr ayında nümayişi gözlənilir.

Qeyd edək ki, filmdə saz ifaçısı Leyla adlı gənc qızın faciəli həyatından bəhs edilir. 

Ekran işində Çetin Sarıkartal, Cansu Tuman, Berkay Akın, Tülin Özen və digər tanınmış aktyorlar da rol alacaq.

 

 
 
 
 
 

 



Redaktorun seçimi