Gürcüstanda 10 polis işdən çıxarılıb

Hit: 217
Gürcüstanda 10 polis işdən çıxarılıb

Gürcüstanda 10 polis əməkdaşı iyunun 20-21-də Tbilisidə keçirilən aksiyanın dağıdılması zamanı qeyri-bərabər güc tətbiq etdiyi üçün işdən azad edilib.

Faktor.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin departament rəhbəri Mamuka Çelidze məlumat verib. O qeyd edib ki, vəzifə səlahiyyətlərinə son verilən hüquq-mühafizə orqanı əməkdaşlarının işi Baş Prokurorluğa təqdim ediləcək.

Qeyd edək ki, Tbilisidə beş gündür davam edən etiraz aksiyalarında səsləndirilən tələblərdən biri də aksiyada qeyri-bərabər güc tətbiq edən polislərin cəzalandırılmasıdır.









Redaktorun seçimi