Gürcüstanda etirazlar DAVAM EDİR - Bu dəfə nazirin istefası tələb olunur

Hit: 289
Gürcüstanda etirazlar DAVAM EDİR - Bu dəfə nazirin istefası tələb olunur

Gürcüstanın paytaxtı Tblisidə keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının toplantısına rusiyalı millət vəkili Sergey Qavrilovun sədrlik etməsinə etiraz olaraq başlayan aksiyalar 3-cü günündə davam edir.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, etirazçılar əvvəlcə parlament binasının, daha sonra isə hökumət binasının qarşısında nümayişlərini keçiriblər.

5 saata yaxın davam edən aksiyalarda Daxili işlər nazirinin istefası tələb olunub. Səbəb olaraq 21 iyunda parlament binasının qarşısında təhlükəsizlik qüvvələrinin iştirakçıları dağıtdığı zaman çoxlu sayda vətəndaşın yaralanması və ölüm hadisəsinin qeydə alınması göstərilib. Etirazçılar bildirib ki, onların tələbləri təmin olunana qədər aksiyalar davam edəcək.

Qeyd edək ki, etirazların ikinci günündə parlament sədri İrakli Kobakidze Azərbaycandakı rəsmi səfərini yarımçıq qoyub ölkəsinə təcili geri qayıtmış və istefa vermişdi.









Redaktorun seçimi