Gürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdi

Hit: 195
Gürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdi

Gürcüstan prezidenti Salome Zurabişvili “Euronews” telekanalına verdiyi müsahibədə bildirib ki,  siyasi  fikir ayrılıqlarına baxmayaraq Rusiyadan ölkəsinə gələn turistlərin sayı azalmamalıdır.

Onun sözlərinə görə, rusiyalılar Gürcüstanı sevirlər və bu ölkəyə səfərlərdən imtina etməməlidirlər. Siyasətçilər isə, problemin həlli üçün başqa yollar axtarmalıdırlar.

“Bu məsələnin həlli Gürcüstanın ərazisinin bütövlüyünü tələb edir, lakin heç bir şeyə baxmayaraq  turistlərin axını azalmamalıdır və bu Gürcüstandakı dinc şəraitə təsir etməməlidir”.

 









Redaktorun seçimi