Putin canlı yayımda Zelenskini tənqid etdi

Hit: 195
Putin canlı yayımda Zelenskini tənqid etdi

Rusiya Prezidenti Vladimir Putin canlı yayımda suallardan birinə cavab verərkən Ukrayna Prezidenti Vladimir Zelenskini Donbas separatçıları ilə danışıqlar aparmayacağı ilə bağlı dediklərinə görə tənqid edib.

Faktor.az axar.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Putin münaqişələrin separatçılarla birbaşa danışıqlar aparılmadan həll olunmadığını söyləyib:

“Ukrayna prezidenti Parisdə deyib ki, Donbas separatçıları ilə danışıqlar aparmayacaq. Putin isə bununla bağlı Zelinskiyə “Separatçı adlandırdığınız insanlarla birbaşa danışıq aparmadan münaqişəni necə həll edəcəksiniz?” -deyə sual ünvanlayaraq, dünyanın heç bir münaqişəsinin separatçılarla birbaşa danışıqlar aparılmadan həll olunmadığını deyib.

Vladimir Putinin bu sözlərini Dağlıq Qarabağa inikas etdirdikdə nəyin alındığı üzərində baş sındırmağa dəyməz”.









Redaktorun seçimi