Çin lideri 14 ildən sonra bir ilki gerçəkləşdirdi
Çin prezidenti Si Çinpin 14 il sonra bir ilki gerçəkləşdirib.
Faktor.az xəbər verir ki, prezident Şimali Koreyaya rəsmi səfər edib.
Çinpin 2005-ci ildən bəri Şimali Koreyada dövlət başçısı mövqeyində səfər edən ilk Çin lideri olub.
Onun səfəri 2 gün davam edəcək. Bu zaman ərzində Çin ilə Şimali Koreya arasında son illərdə artan gərginliyi azaltmaq üçün müzakirələr aparılacaq. (publika.az)