14 yeniyetməni şimşək vurub

Hit: 319
14 yeniyetməni şimşək vurub

Niderlandda hərbi təlim düşərgəsində 14 yeniyetmə şimşək vurması nəticəsində xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Ossendrext şəhərindəki hərbi bazada baş verib. 16-18 yaşlarında olan yeniyetmələr məktəb proqramı çərçivəsində orada üçgünlük hərbi hazırlıq kursu keçirmiş. Şimşək çaxan zaman da onlar küçədə olub.

Onlardan birinin vəziyyəti daha ağır olub və o, helikopterlə Antverpen hospitalına çatdırılıb. Digər yaralılara isə yerli xəstəxanada tibbi yardım göstərilib.









Redaktorun seçimi