Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır

Hit: 303
Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır

Almaniyanın Bavariya və Şimali Reyn-Vestfaliya federal torpaqlarının rəhbərliyi kişilərin məişət zorakılığından müdafiə proqramını elan edib.

Faktor.az Trend-ə istinadən bildirir ki, bu proqram bir neçə mərhələni əhatə edir.

Yeni proqrama əsasən, əvvəlcə zorakılıq qurbanları üçün qaynar xətt və onlayn məsləhət xətti açılacaq.

Daha sonra sığınacaqların və məsləhət mərkəzlərinin açılması nəzərdə tutulur. Bu proqramın gələcəkdə Almaniyanın bütün federal torpaqlarında qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, Almaniya polisinin təqdim etdiyi statistik məlumatlara əsasən burada 2018-ci ildə məişət zorakılığı qurbanlarının təxminən 18 faizi kişilər olub.









Redaktorun seçimi