ABŞ qoşunları Polşadan idarə olunacaq

Hit: 239
ABŞ qoşunları Polşadan idarə olunacaq

NATO-nun şərq cinahındakı ABŞ qoşunlarının komandanlıq mərkəzi Polşaya köçürüləcək.

RİA Novosti”nin məlumatına görə, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşak yerli radiostansiyanın efirində bildirib.

 

“Biz ABŞ qoşunlarının diviziya komandanlığında iştirakla bağlı razılığa gəlmişik. ABŞ-ın NATO şərq cinahındakı qoşunları məhz bu komandanlıq mərkəzinə tabe olacaq”, - M.Blaşak bildirib.

Bundan əvvəl ABŞ və Polşa hökumətləri Birləşmiş Ştatlara aid “MQ-9” hərbi kəşfiyyatçı dronlarından ibarət eskadrilyanın Polşaya yerləşdirilməsi ilə bağlı razılaşma əldə etmişdi.









Redaktorun seçimi