Türkiyə-ABŞ ziddiyyəti burdan başlayır: S-400 bəhanədir

27 dəfə oxunub
Türkiyə-ABŞ ziddiyyəti burdan başlayır: S-400 bəhanədir

ABŞ-Türkiyə arasındakı fikir ayrılıqları sadəcə S-400 və F-35 məsələləri ilə əlaqələndirilməməlidir.

Faktor.az xəbər verir ki, bu sözləri TÜRKSAM rəhbəri Əhməd Gəncəhan Babiş deyib.

O bildirib ki, problem əsasən ABŞ-ın terror qruplarına verdiyi dəstəkdən başlanır:

“Ən başlıcası FETÖ rəhbəri Fətullah Gülən hələ də ABŞ-dadır. Onun Türkiyəyə təhvil verilməsi ilə bağlı kiçik bir işarət belə yoxdur. ABŞ PKK-nın qanadı YPG-yə də dəstək verir. Burada da Amerikanın geri çəkilmək meylini görmürük. Yaxın keçmişdə Gülənin ekstradisiyası üçün Türkiyə bir yük maşını qədər sənəd göndərdi. ABŞ isə qanlı terrorçulara silah daşıdı. Digər tərəfdən, İran və Venesuelaya sanksiyalar məsələsində də iki dövlət fərqli siyasi baxışa malikdir”.

Babiş onu əlavə edib ki, ermənilərin 1915-ci il qondarma soyqırım iddiaları isə Türkiyə-ABŞ arasında xroniki bir problemdir. (axar.az)



Redaktorun seçimi