Netanyahu İranı tankerlərə hücumda ittiham etdi

Hit: 289
Netanyahu İranı tankerlərə hücumda ittiham etdi

İsrailin baş naziri Benyamin Netanyahu Oman körfəzində neft tankerlərinə hücumlara görə İranı ittiham edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Netanyahu hücumları “İranın təcavüzü” adlandırıb və dünya cəmiyyətini onu dayandırmağa çağırıb.

Xatırladaq ki, Oman körfəzində iyunun 13-də “Front Altair” və “Kokuka Courageous” neft tankerlərinə hücum olub. Gəmilərdə partlayışlar və yanğın olub. Zərər çəkmiş gəmilərin ekipaj üzvləri İran ərazisinə və Amerika esminesinə təxliyyə edilib.

Daha əvvəl ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı hücumlara görə İranı ittiham edib.









Redaktorun seçimi