Rusiya ilə müharibəyə hazırlaşırlar - Modern MÜHARİBƏ PLANI AÇIQLANDI

Hit: 328
Rusiya ilə müharibəyə hazırlaşırlar - Modern MÜHARİBƏ PLANI AÇIQLANDI

İngilis xüsusi qüvvələri modern müharibə gözləntilərinin fərqli olması səbəbiylə hazırlanmış gizli plana uyğunlaşmaq üçün struktur dəyişikliyinə gedir.

Faktor.az xəbər verir ki, bu haqda BBC-yə adını açıqlamadığı yüksək vəzifəli səlahiyyətlilər və hərbi mənbələr bildiriblər.

Yeni planın məqsədi “Rusiyanın gizli fəaliyyəti”ni ortaya çıxarmaqdır. Qeyd edilir ki, xüsusi qüvvələrin hədəfi diqqəti İŞİD terror təşkilatına qarşı əməliyyatlardan “Rusiya kimi xarici təhdidlər”i zərərsizləşdirməyə yönəlik kəşfiyyat əməliyyatlarına yönəltməkdir.

“Xüsusi Əməliyyatlar Konsepsiyası” adlı gizli plan modern münaqişələrin fərqli gözləntilərinə əsaslanır. Gizli planla bağlı təklif hazırda yüksək səviyyəli hərbi rəsmilər tərəfindən nəzərdən keçirilir. BBC-nin məlumatına görə, bu prorses tamamlandıqdan sonra hərbi səlahiyyətlilər onun təsdiqlənməsini hökumətə tövsiyə edəcəklər.

İngiltərə Müdafiə Nazirliyinin səlahiyyətliləri BBC-nin xəbərinə heç bir şərh verməyiblər.









Redaktorun seçimi