İsti havaya görə kəskin xəstəlik yayıldı, 83 uşaq öldü

Hit: 338
İsti havaya görə kəskin xəstəlik yayıldı, 83 uşaq öldü

Hindistanın Bihar ştatında Müzəffərpur rayonunun kəskin ensefalit xəstəliyi bürüyüb.

Artıq azı 83 uşağın bu xəstəlikdən öldüyü bildirilir. Bu barədə “Times of India” qəzeti məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, ölən uşaqların əksəriyyəti 1-10 yaş arasıdır.

İlkin məlumatlara görə, kəskin ensefalit xəstəliyinin yayılmasının əsas səbəbi havanın çox isti olması və rütubətdir.

Ölənlərdən əlavə, hazırda daha 108 uşağın bu xəstəliklə əlaqədar müalicə altında olduğu bildirilir.









Redaktorun seçimi