“GƏLƏN İL MƏN SEÇİLMƏSƏM...” - Tramp amerikalılara xəbərdarlıq etdi

Hit: 297
“GƏLƏN İL MƏN SEÇİLMƏSƏM...” - Tramp amerikalılara xəbərdarlıq etdi
ABŞ prezidenti Donald Tramp 2020-ci ildə prezident seçkilərində qalib gəlməyəcəyi təqdirdə, ölkə iqtisadiyyatının iflasa uğrayacağını bəyan edib.
 
Faktor.az  Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Tramp özünün "Twitter" səhifəsində yazıb.
 
O qeyd edib ki, hazırda ABŞ iqtisadiyyatı bütün rekordları qırır, lakin gələn il çökə bilər.
 
"Əgər 2020-ci ildə məndən başqa kimsə qalib gəlsə, bazarlar çökəcək", - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti amerikalılara müraciət edərək onlardan ABŞ-ın liderliyinin qorunmasını xahiş edib.

 








Redaktorun seçimi