İngiltərə təyyarəsi İstanbulda qəza enişi edib
İngiltərənin "British" Hava Yollarına məxsus "Boinq-787" markalı sərnişin təyyarəsi İstanbul Hava Limanında qəza enişi edib.
Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb Hindistandan Londona uçan təyyarənin sağ mühərrikində yaranan nasazlıq olub. Qəza enişi problemsiz başa çatıb. Texniki baxış zamanı məlum olub ki, mühərrikdə yağ sızması baş verib.