Yüz yetmiş adam dava etdi - Qaraçılar adam öldürdülər

59 dəfə oxunub
Yüz yetmiş adam dava etdi - Qaraçılar adam öldürdülər

Penza yaxınlığındakı Çemodanovka kəndində qaraçılarla yerli sakinlər arasında baş verən kütləvi davadan sonra 170 nəfər polisə aparılıb. Davanın iştirakçıları və şahidlərinin müəyyən edilməsi davam edir.

Faktor.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə ilə bağlı cinayət işi açılıb, 21 şahid dindirilib, 22 axtarış aparılıb, hadisə yerinə 9 baxış keçirilib və 5 ekspert ayrılıb. Bunun nəticəsində insidentin iştirakçısı olan 3 kənd sakini saxlanılıb.

Bildirilir ki, ötən axşam baş vermiş kütləvi davadan sonra 3 yerli sakin bıçaqlanma xəsarəti ilə xəstəxanaya çatdırılıb. Onlardan biri ölüb.

İlkin məlumatlara görə, qaraçılar uşaqlara qarşı kütləvi zorakılıq hərəkətləri etdikləri üçün kənd əhalisi onları müdafiəyə qalxıb. Digər versiyaya görə isə, qaraçılar bir azyaşlını zorlamaq istəyiblər və bu səbəbdən dava qopub.



Redaktorun seçimi