“Boeing” irqçilikdə ittiham olundu

Hit: 217
“Boeing” irqçilikdə ittiham olundu

ABŞ-ın “Boeing” korporasiyasının qaradərili əməkdaşı Kertis Entoni şirkəti məhkəməyə verib.

Bu barədə “ABC News” məlumat verir.

 

Onun sözlərinə görə, müxtəlif vaxtlarda iş yerində düyünlənmiş kəndir, “N” hərfi yazılmış lövhə və digər bu kimi təhqiredici əşyalar tapıb.    

K.Entoni 2011-ci ildən şirkətdə çalışır və keyfiyyətin yoxlanılmasına cavabdehdir. O, məhkəməyə müraciət edərək “Boeing” şirkətini irqçi mühitinin yaradılmasında və təhqirlər barədə məlumat verdikdən sonra sıxışdırılmaqda ittiham edib.

“Boeing” isə öz növbəsində, əməkdaşının ittihamlarının əsassız olduğunu bildirir və qeyd edir ki, o, rəhbərliyə təhqir olunduğu barədə məlumat verməyib.









Redaktorun seçimi