Poroşenko ilə bağlı vacib qərar

Hit: 225
Poroşenko ilə bağlı vacib qərar

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko ömrünün sonunadək dövlət tərəfindən mühafizə ilə təmin olunacaq.

Bu barədə Ukrayna Dövlət Mühafizə İdarəsinin məlumatında deyilir.

 

Qeyd olunur ki, Ukraynada prezident vəzifəsini tutmuş şəxs impiçment nəticəsində vəzifəsindən kənarlaşdırılmayıbsa, dövlət tərəfindən ömürlük mühafizə ilə təmin olunur.

O da bildirilir ki, Poroşenkonun hansı avtomobillərdən istifadə edəcəyi, eləcə də cangüdənlərin sayı barədə məlumat məxfi saxlanılır.









Redaktorun seçimi